RPatcherPatcher by Rahman Hajiyev
Hüquqi məlumat

İstifadə şərtləri

RPatcher yalnız hüquqları sizə məxsus olan və ya emal etməyə icazəniz olan video faylları üçün istifadə edilməlidir.

Hesab və abunə

Hər hesab bir istifadəçi üçündür. Hesab məlumatlarının paylaşılması və xidmətdən sui-istifadə qadağandır. m10 ödənişi administrator tərəfindən yoxlanıldıqdan sonra hesab göstərilən müddətə aktivləşdirilir.

Hesabın bərpası

Şifrə sıfırlama kodu yalnız hesab sahibinə təqdim edilməlidir. Birdəfəlik kodun istifadəsi bütün əvvəlki giriş sessiyalarını bağlayır və kod ikinci dəfə istifadə edilə bilməz.

Pulsuz test

Uyğun istifadəçiyə ilk girişdə iki pulsuz video emalı verilə bilər. Pulsuz testi yenidən almaq üçün əlavə hesab açmaq qadağandır; cihaz və hash-lənmiş şəbəkə/brauzer izi üzrə test yalnız bir dəfə verilir.

Fayllar

Yüklənən fayllar yalnız emal üçün istifadə olunur və yükləmə müddəti bitdikdən sonra serverdən silinir. Faylın ayrıca ehtiyat nüsxəsini saxlamaq istifadəçinin məsuliyyətidir.

Məqbul istifadə

Xidmətdən qanunları, üçüncü tərəflərin hüquqlarını və istifadə edilən platformaların şərtlərini pozmaq üçün istifadə edilə bilməz.

Ana səhifəyə qayıt